Dr. Kamil Hacıyevin "Abdominal Plastika" əməliyyatı

Bakı Sağlamlıq Mərkəzində, 280 kg-lıq xəstə üzərində Dr. Kamil Hacıyev tərəfindən "Abdominal Plastika" əməliyyatı aparılmışdır. Əməliyyatda qarının ön divarında yerləşən 35 kg-lıq piy qatı götürülmüşdür. Xəstə 300 kg çəkidə, ağır vəziyyətdə tənəffüs sistemində və ürəyində yaranan problemlər səbəbiylə xəstəxanamıza müraciət etmişdir. İlkin olaraq xəstə 20 gün reanimasiyada müalicə almış, sonra 15 gün müddətliyinə evə göndərilmişdir. Xəstənin qarın nayihəsində həddindən artiq piy qatının olması, əməliyyatın "Sleeve Gastrektomiya" cərrahi üsülla aparılmasına izin verməmişdir. Bu səbəbdən Abdominal Plastika cərrahi üsülu icra edilmişdir. Xəstənin vəziyyəti hal hazırda yaxşıdır və xüsusi pəhriz menyusu hazırlanmışdır. 1-2 ay sonra xəstədə yeni bir əməliyyat "Sleeve Gastrektomiya" əməliyyatı icra olunacaqdır.

Diqər xəbərlər